Məbləğ: 0AZN
  • info@kitabchi.az
  • Pulsuz çatdırılma

Qaraca qız

Müəllif: Süleyman Sani Axundov

Azərbaycan
10+
6,5AZN

Yaş Kateqoriyası: 10 yaşından yuxarı Yumşaq üz qabığı 272 (ağ-qara) səhifə ISBN: 978-9952-311-62-4 Müəllif: Süleyman Sani Axundov İllüstrator: Vəfa Allahyarova Ölçü: 126x190mm

Səbətə at
  • Stokda Var
  • Çatdırılma 1-3 iş günü. Bakı şəhəri daxilində çatdırılmalar 2AZN. Bakının digər rayonlara 3AZN. Bölgələrə isə poçt rüsumu ödəməklə.
Kitab haqqında

Maarifpərvər ədib Süleyman Sani Axundovun məktəbə, elmə və təhsilə çağıran əsərlərinin əsas, nümunəvi qəhrəmanları müəllimlərlə maarifçilər, xeyirxah ziyalılarla nəcib tələbələr, məsum uşaqlarla müdrik qocalar olmuşdur. Süleyman Sani olduqca həssas, şagirdlərin qəlbinə yol tapa bilən ustad müəllim idi. "Qaraca qız" kitabında özünün yüksək mənəvi keyfiyyətləri, qabaqcıl fikri, ensiklopedik biliyi, ciddiliyi, səmimiliyi, tələbkarlığı ilə ictimaiyyətin dərin hörmətini qazanmış, geniş psixoloji, pedaqoji biliyə malik ədibin "Qorxulu nağıllar"ı və "Uşaqlıq həyatımdan xatirələr"i toplanıb. "Süleyman Sani öz kitablarını məktəblilərə hədiyyə verərdi. O bizə ucadan kiçik hekayələr, şeirlər, təmsillər oxutdurardı. Bu qiraət yarışlarında mən həmişə fərqlənməyə çalışardım. İftixarla deyirəm ki, məndə ədəbiyyata böyük məhəbbət oyadan ilk müəllimim Süleyman Sani Axundov olmuşdur", - Süleyman Rüstəm, Xalq şairi "Süleyman Sani Axundov, hər şeydən əvvəl, bir müəllim idi. Onun bədii yaradıcılığı da öz ilhamını bu müəllimlikdən alırdı", - akademik Məmməd Arif

Kitab haqqında daha ətraflı

Qaraca qız 3Alma nəşriyyatı