Məbləğ: 0AZN
  • info@kitabchi.az
  • Pulsuz çatdırılma

Oğluma nəsihət

Müəllif: Nizami Gəncəvi

Azərbaycan
12+
9,8AZN

Yaş Kateqoriyası: 12 yaşından yuxarı Yumşaq üz qabığı 404(ağ-qara) səhifə ISBN: 978-9952-311-21-1 Müəllif: Nizami Gəncəvi İllüstrator: Amil Quliyev Ölçü: 126x190

Səbətə at
  • Stokda Var
  • Çatdırılma 1-3 iş günü. Bakı şəhəri daxilində çatdırılmalar 2AZN. Bakının digər rayonlara 3AZN. Bölgələrə isə poçt rüsumu ödəməklə çatdırılır.
Kitab haqqında

Dahi Azərbaycan şairi Nizami Gəncəvi üç poemasında "OĞLUM MƏHƏMMƏDƏ NƏSİHƏT" deyə ümumilikdə bütün gənclərə öyüdlər yazıb. Amma böyük mütəfəkkirin öyüdləri təkcə bununla bitmir. Əsərlərinin hamısında oxucunu gəncliyin qədrini bilməyə səsləyir. Ona görə də kitabı "Oğluma nəsihət" adlandırmışıq. Bununla da onun əsərlərində yer almış , eləcə də orta məktəb dərsliklərində adları çəkilən və ya ixtisarla tədris olunan bütün ibrətamiz hekayələri, fəlsəfi düşüncələri, bədii sözü yüksək qiymətləndirən, az sözlə böyük məna ifadə edən müraciətləri, gəncliyi tərənüm edən beytləri, rübailəri, qəzəlləri, qəsidələri bir yerə toplayıb təqdim edirik. Kitab şagirdlər, tələbələr və müəllimlər üçün nəzərdə tutulub. "İnsanın qəlbini təlatümə gətirən Nizami lirikası, dünya şöhrəti qazanan "Xəmsə" şairin mənəvi dünyasına misilsiz nümunədir, öyrənilməsi zəruri olan zəngin bədii xəzinədir. Bütün şairlər onun ustalığını etiraf etmişdir", - Abbasqulu ağa Bakıxanov, görkəmli tarixçi, diplomat və tərcüməçi "İnsana məhəbbət hissi Nizaminin əsərlərində dahiyanə ifadə olunmuşdur", - Yohann Volfqanq Höte, dahi alman şairi

Kitab haqqında daha ətraflı

Oğluma nəsihət 3Alma nəşriyyatı