Məbləğ: 0AZN
  • info@kitabchi.az
  • Pulsuz çatdırılma

Məktəb şagirdlərinə töhfə

Müəllif: Mirzə Ələkbər Sabir İllüstrator: Ruhulla Həsənzadə

Azərbaycan
7+
7,0AZN

Artıq ikinci əsrdir ki, dahi satirik şair Mirzə Ələkbər Sabirin əsərləri sevilərək oxunur, köhnəlmir, əksinə gündən günə yenilənir, hər zamanla ayaqlaşır. Bu əsərlərdə cəmiyyətin bəlaları, insanların tərəqqisinə əngəl olan səbəblər, problemlər satira dili ilə ifşa olunur. Şairin yaradıcılığında uşaqlara həsr olunmuş şeirləri də xüsusi yer tutur və bütün nəşrlərdə onun "uşaqlara hədiyyə"si kimi təqdim edilir. "Məktəb şagirdlərinə töhfə" adlandırdığımız bu kitabda şairin dillər əzbəri olan uşaq şeirləri ilə yanaşı , ən məşhur satiraları, hekayəsi, bəzi məqalələri, qələm yoldaşı Abbas Səhhətə yazdığı iki məktubu və məktəb dərsliklərində adı şəkilən bütün əsərləri toplanıb. Kitab şagirdlər, tələbələr və müəllimlər üçün nəzərdə tutulub. "Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət qazanmışdır", - İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti "Hophopnamə"nin döymədiyi qapı, girmədiyi ev qalmadı, onu oxuyanlar da sevdi, oxudanlar da. Zamanında heç bir şair özünü böyük Sabir qədər xalqa sevdirməmişdir", - Abdulla Şaiq, şair, yazıçı, publisist.

Səbətə at
  • Stokda Var
  • Çatdırılma 1-3 iş günü. Bakı şəhəri daxilində çatdırılmalar 2AZN. Bakının digər rayonlara 3AZN. Bölgələrə isə poçt rüsumu ödəməklə çatdırılır.
Kitab haqqında

Yaş Kateqoriyası: 7 yaşından yuxarı Yumşaq üz qabığı 144 səhifə ISBN: 978-9952-311-20-4 Müəllif: Mirzə Ələkbər Sabir İllüstrator: Ruhulla Həsənzadə Ölçü: 126x190

Kitab haqqında daha ətraflı

Məktəb şagirdlərinə töhfə