Ətraflı
"Sən sus, sənə heç nə olmaz."
"Oxuyub nə olacaqsan ki? Əsas odur ki, evlən, ailə qur."
"Qızsan, oğlan deyilsən axı..."
Bu kitab - belə deyib susdurulan, uşaqlığına doymadan qadın olmağa məcbur edilən, ailəsinin təzyiqi ilə həyatın cəhənnəminə atılan bütün qızların hekayəsidir.
"Səsimi kim eşidər?" - deyə illərlə içində qışqıran bir qızın, susmaqdan imtina edib, öz həyatını geri alan bir qadının, çarəsizlikdən gücə, qorxudan azadlığa gedən yoludur.
Bu tək bir insanın deyil, bir cəmiyyətin acı gerçəyidir. Amma eyni zamanda bir ümiddir.
Bu kitabda görəcəksiniz ki, qadın istəsə - dəyişə bilər, qalxa bilər, yüksələ bilər.
Bu kitab, səsi boğulandarın harayıdır.